- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Rayo Valyekano”nun yarımmüdafiəçisi Xames Rodriqes “A” seriya klubuna keçə bilər.
Allsport.az xəbər verir ki, “Latsio” Xamesi transfer etməkdə maraqlıdır.
Bundan əvvəl İspaniya mətbuatı kolumbiyalının mövsümün ortasında “Rayo”nu tərk etmə ehtimalının olduğunu yazmışdı. 33 yaşlı futbolçunun ona kifayət qədər oyun vaxtı verməyən baş məşqçi İniqo Pereslə münasibəti pisdir.
Rodriqes cari mövsüm ərzində cəmi 5 oyunda iştirak edib.