- Baxış sayı: 41
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
“Qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis basketbolunu oynadıq”.
Allsport.az xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murad Dikmən deyib.
ABL-nın final seriyasının 2-ci görüşündə “Sabah”a 63:94 məğlub olan mütəxəssis bildirib ki, matçda konsentrasiya problemi yaşayıblar: “Heç nəyə ilk görüşdə yekun vurulmur. Hər zaman dediyim kimi, pley-off seriyasında enişli-çıxışlı performans hər zaman ola bilər. İkinci oyunda da bunu artıqlaması ilə yaşadıq. Ona görə də xarakter sərgiləyə bilmədik. Məni də ən çox əsəbiləşdirən bu haldır. Oyunçularımın daha çox mübarizə aparmağını gözləyirdim. Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü matçına hazırlaşacağıq. Ümid edirəm ki, bu qarşılaşmada göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq”.