- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubokda millimiz 2 medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə 15 heyət üzvündən 70 kq-da yarımfinalda Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq son görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib.
2-ci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev və 3-cü kateqoriyalı beynəlxalq referi Allahverdiyev turnirdə ədaləti qoruyublar.