Xavi millidə işləyə bilər

“Barselona”nın keçmiş baş məşqçisi Xavi Ernandes Mərakeş milli komandasının sükanı arxasına keçməyə əsas namizədlərdən biridir.

Allsport.az xəbər verir ki, o, bu gün istefa verdiyini açıqlayan Valid Reqraqini əvəz edə bilər.

Xavinin DÇ-2026-ya az vaxt qaldığı üçün təklifə dərhal “hə” deyəcəyi sual altındadır. İspan mütəxəssisin daha çox uzunmüddətli layihədə – DÇ-2030 öncəsi komandanı qurmaqda maraqlı olduğu bildirilir.

Həmin kateqoriyadan