- Baxış sayı: 33
- 26 Dekabr 2024 18:24
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Bu gün Avropa Oyunlarında boks üzrə yarışların final görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən daha biri – Xaybulla Musalov da rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İrlandiya boksçusu Maykl O`Rili ilə qarşılaşıb. Təəssüf ki, digər finala çıxan təmsilçilərimizdən fərqli, Musalov həlledici görüşdə məğlub olub. Nəticədə, Bağırov Azərbaycana boks yarışlarında gümüş medal qazandırıb.
Qeyd edək ki, əvvəlki günlərdə Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq) və Teymur Məmmədov (81 kq) qızıl medal qazanmışdı. Bu gün isə Albert Səlimov (60 kq), Əbdülqadir Abdullayev (91 kq) və Pərviz Bağırov (69 kq) çempion olmuşdu.
Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq), Yana Alekseyevna (60 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə bürünc medala sahib çıxmışdılar.