- Baxış sayı: 251
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 162
- Dekabr 08, 2025
- 0

Ölkəmizi Çelenc kubokunda təmsil edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası 1/16 final mərhələsində Belçikanın “Lindemans” kollektivi ilə qarşılaşacaq.
Allsport.az xəbər verir ki, cütün ilk görüşü dekabrın 9-da Bakıda olacaq. FHN-nin idman zalında təşkil olunacaq matç saat 18:00-da start götürəcək.
Komandaların cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Yarışa 1/32 final mərhələsindən başlayan komandamız bu raundda Rumıniyanın “Styaua” klubuna qalib gələrək 1/16 finala yüksəlib.
Çelenc luboku – 1/16 final
İlk oyun
9 dekabr.
18:00. “Xilasedici” – “Lindemans”