- Baxış sayı: 42
- 14 Aprel 2025 15:36
- Baxış sayı: 66
- Aprel 14, 2025
- 0
Kişi voleybolçuların yüksək liqasında növbəti turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, bu gün GİN-nin voleybol mərkəzində XVIII turun üç qarşılaşması baş tutub.
Günün ilk oyununda “Neftçi” 3:0 hesabı ilə MOİK komandasına qalib gəlib.
Daha sonra “Azərreyl” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə “Azərreyl”komandasına qalib gəlib.
Turun son oyunu isə “Murov Az Terminal” və “Gənclər” komandaları arasında olub. Bu oyunda isə qalib 3 setdə bəlli olub. “Murov Az Terminal” komandası meydandan 3:0 hesabı ilə qalib ayrılıb.
Yüksək liqa
8 aprel
XVIII tur
MOİK – “Neftçi” 0:3 (21:25, 23:25, 18:25)
“Azərreyl” – “Xilasedici” 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)
“Murov Az Terminal” – “Gənclər” 3:0 (25:15, 26:24, 25:19)