- Baxış sayı: 203
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Kişi voleybolçuların yüksək liqasında üçüncü yerin sahibi bəlli olub.
Allsport.az xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində bürünc medal uğrunda “Xilasedici” və “Neftçi” komandaları arasında ikinci görüş keçirilib.
Bu komandaların ilk qarşılaşmasında qalib gələn “Xilasedici” cavab oyununda da rəqibini məğlub edib. Bu dəfə 3:1 hesabı ilə qələbə qazanan “Xilasedici” Yüksək Liqanın bürünc medalına sahib çıxıb. “Neftçi” komandası isə çempionatı dördüncü yerdə başa vurub.
“Xilasedici”nin oyunçularına medallar final günü baş tutacaq mükafatlandırma mərasimində təqdim ediləcək.
Yüksək liqa
Üçüncü yer uğrunda
İkinci oyun
21 aprel
“Xilasedici” – “Neftçi” 3:1 (25:18, 23:25, 25:17, 25:18)