Yamalın sevgilisi niyə yoxdur? – Özü açıqladı

“Barselona”nın ulduzu Lamin Yamal yutub kanalı açıb.

Allsport.az xəbər verir ki, o, ilk videosunda köhnə mənzilini göstərərək maraqlı şəxsi etiraflar edib.

Yamal gecə yarısı peçenye yemək vərdişinə görə sevgilisinin olmadığını bildirib:

“Mən tez yatıram ki, gecə oyanıb peçenye yeyə bilim. Bu, mənim ən sevdiyim məşğuliyyətdir. Elə buna görə də sevgilim yoxdur, çünki gecələr oyanıram”.

Gənc futbolçunun kanalı cəmi bir neçə saat ərzində 600 mindən çox abunəçi toplayıb. O, 10 milyon abunəçiyə çatdıqda yeni evini də nümayiş etdirəcəyinə söz verib.

Həmin kateqoriyadan