- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
– Hər iki komadanı təbrik edirəm. Qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Oyunçularım bacardığını etdi. Artıq Afinada keçiriləcək cavab oyununu düşünməliyik. “Qəbələ” klubuna və Azərbaycan xalqına dostluq münasibətinə görə, azarkeşlərə stadiondakı gözəl atmosferə görə təşəkkürümüzü bildirik. Biz də Yunanıstanda bu cür münasibəti göstərəcəyik.
– Düşünmürsünüz ki, qələbə işinizi daha da asanlaşdıra bilərdi?
– Artıq düşünməkdən keçib. Son 10 gündə 4 vacib oyun keçirmişik. “Qəbələ” ilə matç da bizim üçün önəmli idi. Qələbə üçün əlimizdən gələni etdik.
– Qələbəni əldən verdiyinizi düşünürsünüz?
– Artıq hesabı düşünməyə dəyməz. Bütün fikrimizi cavab oyununa yönəltmişik
– Arif Daşdәmirov sizin futbolçunuza yardım etmәk istәsә dә, digәr futbolçularınız bunu pis başa düşdülәr…
– Oyunda belә hadisәlәr baş verir. Amma burda sәhv başa düşülmә ola bilәr. Hәmin futbolçumuz hazırda xәstәxanadadır. Vә o bizimlә birlikdә deyil, bir gün sonra Yunanıstana qayıdacaq.