Yapon tennisçidən maraqlı geyim – VİDEO

İkiqat “Australian Open” çempionu Naomi Osaka Antoniya Rujiçə qarşı keçirdiyi oyuna qeyri-adi obrazda çıxaraq diqqətləri üzərinə çəkib.

Allsport.az xəbər verir ki, yaponiyalı tennisçi korta tül örtük, kəpənəkli papaq və əlində çətirlə daxil olub. O, hələ matçdan əvvəl sosial şəbəkə hesablarında bu maraqlı obrazını izləyicilərinə təqdim edib.

Osakanın bu tərzi idman dünyasında böyük maraqla qarşılanıb və tennis kortlarında nadir rast gəlinən moda nümayişi kimi qiymətləndirilib.

Həmin kateqoriyadan