- Baxış sayı: 55
- 25 Yanvar 2026 10:00
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, 1/4 finalda norveçli Maqnus Karlsen ermənistanlı Levon Aronyanı, amerikalı şahmatçı Uesli So FIDE təmsilçisi Alireza Firuzcanı, rusiyalı Yan Nepomnyaşi amerikalı Hikaru Nakamuranı, niderlandlı Aniş Giri isə fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdırıb.
Yarımfinal mərhələsinin görüşləri martın 18-19-da oynanılacaq.
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.