- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:41
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
Uruqvayın paytaxtı Montevideoda qadın milli komandaların Dünya Hokkey Liqasının 2-ci raundu başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, «B» qrupunda maksimum nəticə göstərən otüstü hokkeyçilərimiz, növbəti mərhələdə «A» qrupunda 4-cü yeri tutan Dominikan Respublikasının komandasını da məğlub edib.
Dünən sona yetmiş bütün nəticələrdən sonra qızlarımızın yarımfinalda rəqibi bəlli olub. Bu, trinidad və tabaqolu həmkarlarına qalib gələn İtaliya millisidir. Görüş sabah baş tutacaq. 1/2 finalın qalibləri Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaqlar.
Final matçı fevralın 24-də keçiriləcək. Uraqvayda bürünc medal qazanan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, martda Hindistan paytaxtı Dehli və İrlandiyanın baş şəhəri Dublində baş tutacaq eyni yarışların yekununda, 3-cü yeri tutanlar arasında ən yüksək reytinqə malik kollektiv növbəti mərhələyə çıxmaq hüququna yiyələnəcək.