- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Yanvarın 10-dan 12-dək İstanbulda sərbəst və qadın güləşi üzrə Türkiyənin olimpiya, dünya və qitə çempionu Yaşar Doğunun xatirə turniri keçiriləcək. Allsport.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi həm sərbəst, həm də qadın güləşçilərimiz təmsil edəcək.
Kişilərin mübarizəsində ölkəmizi baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əfqan Xaşalov, Pərviz İbrahimov, Georgi Edişeraşvili (hamısı – 57 kq), İntiqam Vəlizadə, Ruslan Qasımov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Ağahüseyn Mustafayev (70 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (74 kq), Abubakr Abakarov (79 kq), Cəbrayıl Həsənov, Osman Nurməhəmmədov, Hacımurad Məhəmmədsəidov (hamısı 86 kq), Şamil Zubairov, Aslanbəy Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.
Qadınların yarışında baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova, Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) qüvvəsini sınayacaqlar. Nümayəndə heyətinə yanvarın 5-də 43-cü doğum gününə qovuşan AGF-in vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edəcək.
15-ə yaxın ölkədən pəhləvanların çıxış edəcəyi turnir İstanbul Bağçılar qapalı idman salonunda təşkil olunacaq. Beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev 48-ci dəfə keçiriləcək ənənəvi yarışda ədaləti qoruyacaq. Turniri Türkiyənin “TRT Spor-2” telekanalı canlı yayımlayacaq.