- Baxış sayı: 28
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan premyer liqasının XIV turunun “Səbail” – “Qarabağ” oyunundan (0:3) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, Qurbanov görüş barədə danışıb:
“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. Rəqib birinci hissədə daha yaxşı təşkilatlanmışdı. “Səbail” fərqli oyun üslubuna malik olduğundan, bizə çətinliklər yaradırdı. Meydança amili də daha keyfiyyətli oyun sərgiləməyə mane olurdu. Amma futbolçularımız sona qədər mübarizənin içində oldular. Yaxşı, istəkli komandaya qalib gəldik”.
Baş məşqçi UEFA Avropa liqasının əsas mərhələsində noyabrın 28-də Fransanın “Lion” klubuna qarşı keçiriləcək ev matçı öncəsi komandadakı son durum barədə də açıqlama verib: “Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra ilk dəfə bir yerdə idik. Vaxtımız azdır. “Lion”la qarşılaşmaya qədər iki, maksimum üç məşqimiz olacaq. Sərəncamımızdakı futbolçularla yaxşı hazırlıq keçəcəyik. Hansısa fiziki çatışmazlıq ola bilər. Amma oyun planında komandanı tam hazır vəziyyətə gətirməyə çalışacağıq. Çünki “Lion” topla çox yaxşı davranan, özünəməxsus oyun üslubuna malik komandadır. Futbolçularının ustalıq keyfiyyəti də yüksəkdir. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq”.