- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın həndbolçuların superliqasının 14-cü turunda “Azəryol” qızıl medallara əsas iddialı “Qarabağ”a 33:23 qalib gələrək, əməli olaraq bu istəyinə yetişib.
Son ölkə çempionunun ukraynalı legionçusu Yekaterina Voskoboynik allsport.az saytına açıqlamasında qələbəyə belə şərh verib:
“Qalib gəldiyimizə sevinirəm. Bir neçə aparıcı oyunçumuzu itirməyimizə rəğmən, biz istədiyimiz nəticəyə nail olduq. Komanda əla bir iş gördü”.