Yekaterina Voskoboynik: “Azəryol”un çempionluğa hər imkanı var

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu cari mövsümdə qızıl medalları hədəfləyib. Yarış cədvəlində son ölkə çempionu “Azərsu” ilə zirvəyə şərik çıxan “yolçəkənlər” bu dəfə rəqibi irəli buraxmaq niyyətində deyillər. Yayda Georgi Voronovun komandasına qoşulan ukraynalı legionçusu Yekaterina Voskoboynik durumdan məmnundur. Allsport.az saytına verdiyi açıqlamada paytaxtımıza olan heyrətini də gizlətməyib:

“Bakı qədimliyi və yeni geniş binaların birləşməsi ilə xoş təəssürat yaradan gözəl şəhərdir. Rəqabətə gəlincə, 1-ci yerə iddialılar yaxşı klublardır və hörmətə layiqdirlər. Amma əminəm ki, çempionluğa hər imkanımız var. Bunun üçün bütün səyimizi səfərbər edəcəyik. Yeni komandamı çox sevirəm. Qızlar gülərüz, mehriban və işlərində peşəkardırlar”.

Həmin kateqoriyadan