- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Yekaterinburqda azərbaycanlı dünya çempionu, olimpiya oyunlarının gümüş medalçısı Heydər Məmmədəliyevin mükafatı uğrunda yunan-Roma güləşi üzrə 14-cü ənənəvi beynəlxalq turnir keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbiri “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının təşəbbüsünü Sverdlovsk vilayətinin bədən tərbiyəsi və idman nazirliyi, Yekaterinburq administrasiyasının bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə idarəsi və Sverdlovsk vilayətinin güləş federasiyası dəstəkləyib.
İldən-ilə böyük maraq doğuran turnirdə Rusiyanın və qonşu ölkələrin rekord sayda gənc güləşçiləri yarışıblar. Qaliblərə mükafatları “Azərbaycan-Ural” regional milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski təqdim edib.
Avropa, dünya və Olimpiya çempionları fəxri qonaq qismində tədbirə qatılıblar.