- Baxış sayı: 34
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 208
- Fevral 04, 2026
- 0

“Globe Soccer Awards”ın bütün nominasiyalar üzrə finalçıları müəyyənləşib.
Allsport.az xəbər verir ki, mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.
Əsas nominasiyalar üzrə finalçıların siyahısı aşağıdakı kimidir:
İlin ən yaxşı oyunçusu: Osman Dembele, Vitinya (hər ikisi – “PSJ”), Kilyan Mbappe (“Real Madrid”), Rafinya, Lamin Yamal (hər ikisi – “Barselona”).
İlin ən yaxşı məşqçisi: Xabi Alonso (“Real Madrid”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (“PSJ”), Hans-Diter Flik (“Barselona”), Enzo Mareska (“Çelsi”).
Yaxın şərqin ən yaxşı oyunçusu: Kərim Benzema (“Əl-İttihad”), Salem Əl-Dosari (“Əl-Hilal”), Riyad Mahrez (“Əl-Əhli”) və Kriştianu Ronaldu (“Əl-Nəsr”).
İlin ən yaxşı gənc oyunçusu: Pau Kubarsi (“Barselona”), Dezire Due, Joau Neveş (hər ikisi – PSJ), Arda Gülər (“Real Madrid”), Kənan Ulduz (“Yuventus”).
İlin ən yaxşı klubu: “Barselona”, “Çelsi”, “Flamenqo”, “Liverpul” və PSJ