Yelizaveta Fyodorova: İndi bütün gücümüzü ölkə çempionatına yönəldəcəyik

Bu gün qadın həndbolçuların ölkə çempionatının ilk turunda təxirə salınmış görüşdə “Nur” və “İdman Akademiyası” klubları qarşılaşıblar. 

Mingəçevirdə baş tutan görüşdə ev sahibələri rəqibini 42:24 hesabı ilə üstələyib. Qalib komandanın aparıcı üzvü Yelizaveta Fyodorova oyunla bağlı allsport.az saytına bunu deyib:

“Avrokuboklarda mübarizəyə yekun vurduq. İndi yaxşıca bərpa olub, bütün gücümüzü ölkə çempionatına yönəldəcəyik. Titulu qorumaq üçün bütün səyimizi ortaya qoyacağıq.

Oyuna gəlincə, rəqib gənc həndbolçulardan təşkil olunub. Bu üzdən onların təcrübələri azdır. Bizlə matçda yersiz çox səhv buraxırdılar. Bununla belə, onlarla oynamaq maraqlı idi”.

Həmin kateqoriyadan