Yelizaveta Fyodorova: Mövsümü rahat keçirmək üçün, indi əsas rəqiblərdən aralanmalıyıq

Qadın həndbolçulardan ibarət “Nur” klubu superliqaya uğursuz başlasa da, sonradan toparlanmağı bacarıb. Ötən mövsüm son illərin dəyişməz çempionu “Azəryol”un (keçmiş ABU) ağalığına son qoyan Mingəçevir klubu bu rəqabətdə də qıaıl medallara iddialıdır.

Bazar günü əyalən klubu Bakıda “yolçəkənlər”lə gərgin oyuna çıxacaq. “Nur”un mərkəz həndbolçusu Yelizaveta Fyodorova allsport.az saytı verdiyi açıqlamada deyib ki, hədəf qalib gəlməklə əsas rəqiblərdən aralanmaqdır:

“Hər bir komandanın və idmançının bir məqsədi olur: rəqibə qalib gəlmək, təmiz və gözəl oyun nümayiş etdirmək. Əlbəttə, istərdik ki, indidən əsas rəqiblərimizdən aralanıb yarış cədvəlində ön sırada qərarlaşaq. Belədə, mövsümün sonunda rahat oynaya bilərik”.

 

Həmin kateqoriyadan