Yelizaveta Hilyazəddinova: Psixolojini aşdıq və sürətli keçidlərlə “Qarabağ”ı üstələdik

Qadın həndbolçuların superliqasının 6-cı turunda keçirilmiş “Azəryol” – “Qarabağ” oyunu xüsusi diqqət çəkib. Başabaş mübarizədə vitse-çempion ilk dövrədə yenilginin əvəzini çıxıb (28:27). Allsport.az saytına açıqlamasında, qalib komandanın qapıçısı Yelizaveta Hilyazəddinova qələbə şərhi belə olub:
“Çağırış kubokunda Lüksemburqda 2 gözəl oyun keçirdik. Hər 2 matçda 10-dan çox top fərqi ilə üstün olduq. Təəssüf ki, ailə vəziyyəti ilə əlaqədar baş məşçimiz (Georgi Voronovu nəzərdə tutur) bizimlə gedə bilmədi. Adətən, bu yarışda səfərdə psixoloji oynamaq çətin olur. Amma komanda toparlandı və yüksək səviyyəli həndbol nümayiş etdirdi.
Bakıya xoş ovqatla qayıtdıq, “Qarabağ”a qarşı daha yaxşı kökləndik. Hər halda, görüşdə çətinlik yarandı. Bu komanda oynaqdır, bir-birilərini hiss edirlər və təcrübəlidirlər. Qarşılaşma layiqli keçdi, son saniyələrədək mübarizə getdi. Hər 2 kollektiv qələbə qazanmaq istəyirdi. Biz psixoloji durumdan çıxdıq, sürətli keçidlərin və uzaqlaşmanın sayəsində güclü rəqibdən cüzi üstün olduq”.

Həmin kateqoriyadan