Yelizaveta Səmədova: Qızıl Avropa liqasında hədəflərimiz yüksəkdir.

“Bakıdakı təlim-məşq toplanışı uzun çəkdi. Baş məşqçi bəzi oyunçulara mövsümdən sonra istirahət vermişdi, bəziləri isə ümumiyyətlə, paytaxta gəlməmişdi. Artıq Sloveniyaya yollanmışıq. Hazırlığın əsas mərhələsi də burada başlayır”. Allsport.az xəbər verir ki, bunu millinin voleybolçusu Yelizaveta Səmədova deyib. Legionçumuzun sözünə görə, İtaliyada az oynayıb və bu hazırlıq onun xeyrinədir:

“”A” seriyada həqiqətən də meydanda az vaxt keçirdim. Amma bunun oyun formamı itirdiyimə səbəb olduğunu düşünmürəm. Onsuz da millinin toplanışında intensiv məşqlər keçiriləcək. Hər oyunçu, o cümlədən mən hazırlıqda nəyin üzərində xüsusi çalışmalı olduğumuzu bilirik. Qızıl Avropa liqasında hədəflərimiz yüksəkdir. Yalnız çempionluq uğrunda mübarizə aparacağıq”.

Həmin kateqoriyadan