- Baxış sayı: 309
- 08 Fevral 2026 23:35
- Baxış sayı: 168
- Fevral 22, 2026
- 0

Azərbaycan badminton federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub. Allsport.az xəbər verir ki, ABF-in yeni baş katibi Əjdər Cəfərov təyin edilib.
Buna qədər federasiyasa prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.
O, 2011–2016-cı illərdə Azərbaycan güləş federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçidir, olimpiya kateqoriyalı beynəlxalq hakim olub.
O, üç olimpiya oyunlarında ədaləti qoruyub: Sinqapur-2010 yeniyetmələrin yay olimpiya oyunları, London-2012 yay olimpiya oyunları, Nanjinq-2014 yeniyetmələrin yay olimpiya oyunları.
Uğurları və təltifləri: 2012-ci ildə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub; 2012-ci ildə dünya güləş birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb;
2015-ci ildə Azərbaycan respublikası prezidentinin fəxri diplomu ilə təltif edilib; Bakı-2015 ilk Avropa oyunlarında güləş yarışlarının beynəlxalq əlaqələndiricisi olub.
Əjdər Cəfərovun yerli və beynəlxalq idman tədbirlərinin təşkilində böyük təcrübəsi var.