- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün güləş federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə iclas keçirilib. Allsport.az saytı awf.az-a istinadən xəbər verir ki, öncə AGF-nin baş katibi Orxan Məmmədov çıxış edərək, mütəxəssislərə tövsiyə və tapşırıqlarını çatdırıb:
“Bu il əsas diqqət böyüklərdən ibarət yığmalara ayrılacaq. Çünki əsas hədəf dünya çempionatından olimpiadaya maksimum sayda lisenziya qazanmaqdır. Fevralda keçiriləcək gənclərin ölkə çempionatında fərqlənənləri əsas milliyə cəlb etmək olar. Bütün məşqçilər işə ciddi yanaşmalı, nizam-intizama riayət etməlidir. İşində nöqsana yol verəcək məşqçilərlə yollar ayrılacaq.
Bundan sonra Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, məşqçilər üçün də lisenziya alınacaq. Lisenziyası olmayan məşqçi yarışlara getməyəcək. Millinin məşqçilər heyətində yer almayan şəxsi məşqçilər hazırlıqda iştirak etməməlidir. Sekundant məsələsi də baş məşqçinin qərarına uyğun müəyyənləşməlidir. Hazırlıq prosesində kənar şəxslər yer almamalıdır.
Hərbi xidmətdə olan güləşçilər üçün icazə məktubuna görə müraciət bir ay əvvəl verilməlidir. Bu il Avropa çempionatına da çox ciddi yanaşmaq lazımdır. Çünki qitə birinciliyi Minskdə keçiriləcək 2-ci Avropa oyunlarına lisenziya verəcək”.
Dünya təcrübəsində belədir ki, istedadlı və ulduz idmançıların yanında daim şəxsi məşqçiləri olur və onlar yaxşı tanıdıqları yetirmələrini hər zaman qələbəyə kökləyə bilir. Güləşdə milli üzvləri öz klublarında məşq keçmirlər, həmişə yığmada olurlar. Belə olan halda, şəxsi məşqçi öz yetirməsi ilə necə görüşəcək? Axı millinin məşqçilər heyəti eyni zamanda bütün komanda üzvlərinə barəbər şəkildə nəzarət edə bilməz.
Bu azmış kimi, Orxan Məmmədov bəyan edib ki, bu il əsas diqqət böyüklərdən ibarət yığmalara ayrılacaq. Bəs yeniyetmələrlə gənclər? Axı onlar bu günün sabahıdırlar. Əsas komandada zədələnən, özünü doğrultmayan bahadırı olimpiya oyunlarında gənc əvəz edə bilməz? Görünür, böhrandan sonra boşluqlar fonunda federasiya hələ özünə gələ bilməyib və AGF-də yeni nəfəsə, təcrübəli kadra ehtiyac var…