- Baxış sayı: 44
- 06 Mart 2026 20:27
- Baxış sayı: 247
- Mart 05, 2026
- 0

Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Allsport.az xəbər verir ki, bu münasibətlə keçirilən açılış tədbirində Azərbaycan cüdo federasiyasının (ACF) rəhbər şəxsləri iştirak ediblər.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunan zalın ümumi sahəsi 100 kvadratmetrdir. Zalda həmçinin məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Yeni zalda 100 idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.
2022–2026-cı illərdə Azərbaycan cüdo federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi və Qəbələnin Vəndam qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.