- Baxış sayı: 74
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

Sentyabrın 2-də Bakıda “Spartak” cüdo zalının açılışı olub. Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan cüdo federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-in idman direktoru, baş katibin müavini Kamran Talıbov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.
Yeni idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və cüdonun təbliği, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Fiziki hazırlıq zonası cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin olunub. Ümumi sahəsi 450 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur. Zalda eyni vaxtda 70 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.
Paytaxtın mərkəzində yerləşən (Həsən Seyidbəyli küçəsi 63) “Spartak” cüdo zalının icraçı direktoru Rafiq Nəcəfovdur. Baş məşqçi Mübariz Cəfərovdur. Hər 2 mütəxəssis bundan öncə “Cüdo-2012″də fəaliyyət göstərib.