- Baxış sayı: 91
- 19 Noyabr 2025 16:40
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən İSSF dünya çempionatında parlaq çıxış edərək ölkəmizə gümüş medal qazandırıb.
Allsport.az xəbər verir ki, o, 50 metr məsafəyə tapançadan atəş yarışında 550 xal toplayaraq gümüş medal qazanıb və yeni dünya rekordu müəyyənləşdirib.
Həm Nigar Nəsirova, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların (x) sayına görə müəyyənləşib — Yao Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.