Yeni mövsümdə yeni tələblər

AVF tərəfindən təşkil olunan voleybol statistləri üçün seminar başa çatıb. Allsport.az saytı xəbər verir ki, GİN-nin voleybol mərkəzində sonuncu gündə AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə və kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli iştirakçılarla görüşüblər. Yeni mövsümdən etibarən çempionatda iştirak edəcək komandaların heyətində statistin olması tələb olaraq göstəriləcək və statistlərin sertifikatı nəzərə alınacaq.

Qonaqlar hər bir iştirakçıya bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər. Sonda xatirə şəkli çəkdirilib. 4 gün davam edən seminardan sonra iştirakçılar imtahan veriblər. Cavablar bəlli olduqdan sonra mütəxəssislərə AVF-nin voleybol statistləri üçün 1-ci səviyyə sertifikatı təqdim olunacaq.

Həmin kateqoriyadan