- Baxış sayı: 61
- 03 Dekabr 2025 19:56
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Uşaq və yeniyetmə badmintonçularımız Estoniyanın Tartu şəhərində beynəlxalq turnirdə çıxışlarını başa vurublar. Allsport.az saytı xəbər verir ki, təmsilçilərimizdən ən yüksək nəticəyə Məhəmməd Hacızadə nail olub.
O, 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Badmintonçumuz həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq 4-cü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan təmsilçimiz 2-ci olub.