- Baxış sayı: 600
- 17 Noyabr 2025 15:15
- Baxış sayı: 53
- Yanvar 20, 2026
- 0

Bakı şəhərində alpaqut döyüş sənəti üzrə növbəti kəmər üstüngü imtahanı keçirilib. Allsport.az saytı xəbər verir ki, sınaqda 50-yə yaxın idmançı alpataç, I–II–III qur, bilginalp I–II–III yet və yarğan üstüngülərindən müvəffəqiyyətlə adlayıblar.
Alpaqut – Turan döyüş sənətinin müəllifi və qurucusu, Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri kutsan Vasif Namazov gözlənilmədən imtahanın keçirildiyi məkana gəlib. Bu hal idmançılar üçün imtahanın daha çətin keçməsinə səbəb olub. Buna baxmayaraq, imtahanda nəzəri və praktiki səviyyəsinə görə fərqlənən idmançılar qeydə alınıb.
Ağdam alpaqut filialının idmançısı buyruqalp Kənan Quluzadə, alpaqut döyüş sənətinin müəllifi kutsan Vasif Namazov tərəfindən birbaşa “II San Yarğan” üstüngünə layiq görülüb.
İmtahan komissiyasında teginlər – Kənan Quliyev, Cəfər Cəfərov və Elsevər Puri yer alıblar. İmtahan komissiyasının sədri kürşad Rafiq Qasımov olub.