- Baxış sayı: 33
- 15 Dekabr 2025 17:57
- Baxış sayı: 87
- Dekabr 15, 2025
- 0

Bosniya və Herseqovinanın Tuzla şəhərində yeniyetmə qızların “Challenge Trophy” yarışı başlayıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan millimiz ilk görüşdə meydan sahibələri ilə qarşılaşıb. Komandamız 16:34 hesabı ilə məğlub olub.
Qrupun digər oyununda Lüksemburq həndbolçuları Böyük Britaniya yığmasından üstün olub (28:20). Seçməmiz növbəti matçını “cırtdanlar”a qarşı keçirəcək.
“A” qrupun Belçika komandası Estoniyaya 31:18, Moldova kollektivi Kiprə 30:22 qalib gəlib.