Yeniyetmə həndbolçularımız həlledici oyunda Böyük Britaniya millisinə qalib gəlib

Bosniya və Herseqovinanın Tuzla şəhərində yeniyetmə həndbolçu qızların “Challenge Trophy” yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz 7-8-ci yerlər uğrunda görüşdə böyük britaniyalı həmkarları ilə qarşılaşıb.

Komandamız bu rəqiblə qrup mərhələsində də görüşüb. Onda öz səhvimizdən yekunda uduzmuşduq. Bu dəfə yğma daha yaxşı təsir bağışlayıb və 28:22 hesabı ilə qalib gəlib.

“KSPC Mejdan”da keçirilən matçı xorvatiyalı İvana Koren və Vedrana Stancir idarə ediblər. Avropa Həndbol Federasiyasını rusiyalı Luidmila Bodnieva və Bosniya və Herseqovinadan olan Vladimir Yoviç təmsil ediblər.

Həmin kateqoriyadan