- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0

İtaliyanın Linyano Sabbyadoro şəhərində yeniyetmə qız həndbolçuların Avropa çempionatına təsnifat mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz “B” qrupunda Şimali Makedoniyaya 23:30, İtaliyaya 26:35, Polşaya 32:42, Belarusa 22:36 hesabları ilə uduzub.
Yığmamız reqlamentə əsasən, “A” qrupunun 5-cisi Kosovo ilə 9-10-cu yerlər uğrunda görüşüb. Bu matç Çingiz Əzimovun komandasının 35:28 qələbəsi ilə nəticələnib.