- Baxış sayı: 38
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandamızın 10 üzvü Konyada V Rumi Uşaq oyunlarında iştirak edəcəklər. Allsport.az xəbər verir ki, yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışa yollanan idmançılardan 9 karateçi kumite, biri isə kata üzrə mübarizəyə qatılacaq.
Oğlanlardan Hümmət Balakişiyev (52 kq), Anar Novruzov (57 kq), Əbülfəz Rəhimov (63 kq), Əli Quliyev (70 kq), Niyazi Məmmədov (70 kq-dan yuxarı), qızlardan isə İnci Əzizova (47 kq), Mədinə Sadıqova (47 kq), Emiliya Mitilimova (54 kq) və Bəsti İsmayılova (54 kq-dan yuxarı) tatamiyə çıxacaqlar. Ceyhun İsmayılov kata yarışlarında çıxış edəcək.
İdmanın 10 növü üzrə keçiriləcək V Rumi Uşaq oyunlarına yollanan nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının baş katibi Mircabbar Seyidov rəhbərlik edəcək. Komandamız aprelin 24-də Bakıya qayıdacaq.