- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Samara vilayətinin Tolyatti şəhərində 17-ci uşaq-yeniyetmə həndbol festivalı sona çatıb. Allsport.az saytı xəbər verir ki, bu tədbirdə Rusiyanın 51 şəhəri, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və tanınmamış Luqansk Xalq Respublikasının komandaları iştirak ediblər. Ümumilikdə 152 kollektiv (123 gəlmə və 29 yerli) mübarizə aparıb.
Məşqçilər Vidadi və Habil Əliyevlərin rəhbərlik etdikləri “Bakı” 5-8-ci yerlər uğrunda görüşlərdə də uğurlu çıxış ediblər. İlkin “A” qrupunda 3 qələbə qazanan və 2 dəfə məlub olan oğlanlarımız, həlledici mərhələdə “Başqırdıstan-1” və “Başqırdıstan-2” komandalarından müvafiq olaraq 10:0, 19:18 hesabları ilə üstün olub.
“Daşkənd-2″ə 23:29 yenilgi “Bakı”nın sonda 5-ci yer tutmasını əngəlləməyib.