Yeniyetmə oğlanlardan ibarət “Bakı” komandası Tolyatti həndbol festivalında uğurlu çıxış edir

Samara vilayətinin Tolyatti şəhərində 17-ci uşaq-yeniyetmə həndbol festivalı keçirilir. Allsport.az saytı xəbər verir ki, bu tədbirdə Rusiyanın 51 şəhəri, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və tanınmamış Luqansk Xalq Respublikasının komandaları iştirak edirlər. Ümumilikdə 152 kollektiv (123 gəlmə və 29 yerli) mübarizə aparır.

Məşqçilər Vidadi və Habil Əliyevlərin rəhbərlik etdikləri “Bakı” uğurlu nəticə göstərir. Oğlanlarımız “A” qrupunda “Başqırdıstan-2” (19:18), “Moskva-76” (32:19) və “Qırmızı qvardiya”ya (26:16) qalib gəliblər. Növbəti görüşdə komandamız “Tolyatti-2″yə 21:41 hesabı ilə uduzub. Sabah “Bakı” öncül “Daşkənd-1″lə qarşılaşacaq.

3 qələbə millimizə 5-8-ci yerlər uğrunda mübarizəyə imkan verir.

 

Həmin kateqoriyadan