- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Avqustun 8-dən yeniyetmə qızlardan ibarət millimiz təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, ayın 20-nə qədər davam edəcək hazırlıqda məşqçilər Elnur İsmayılov və Vüqar Hüseynovun rəhbərliyi ilə 16 nəfər qatılıb.
Toplanışında sonuncu U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin mükafatçıları arasından seçilmiş idmançılar da iştirak edirlər. Onlar bu komandaya kömək etməklə yanaşı, öz ustalıq səviyyələrini də artırırlar.
Seçilənlər 24-28 avqustda Bosniya və Hersoqovina paytaxtı Sarayevoda dünya çempionatında mübarizə aparacaqlar.