Yeniyetmə qızlar Ukraynada təlim-məşq toplanışında

İyulun 21-27-də Bakıda Avropa gənclərinin yay olimpiya festivalı çərçivəsində güləş yarışı da keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirdə hər 3 növü üzrə mübarizə olacaq. Yeniyetmə qızlardan ibarət milli daha keyfiyyətli hazırlıq məqsədi ilə Ukraynaya yollanacaq.

Təlim-məşq Krivoy-Roq şəhərində mayın 26-dək davam edəcək. Toplanışda böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi ilə Zenfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) iştirak edəcəklər. 

Həmin kateqoriyadan