Yeniyetmələr arasında “Suverenlik kuboku”

Naxçıvanda 17-20 dekabrda yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə “Suverenlik kuboku” təşkil olunacaq.

Allsport.az xəbər verir ki, “Konstitusiya və suverenlik İli” çərçivəsində təşkil olunan yarışda 4 qız və 4 oğlan komandası mübarizə aparacaq.

Oğlanlar: “Gənclər” (Bakı), “Murov Az Terminal” (Bakı), “Naxçıvan” (Naxçıvan), “İğdır” (İğdır, Türkiyə).

Qızlar: “Gənclər” (Bakı), “Milli Aviasiya Akademiyası” (Bakı), “Möminə Xatun” (Naxçıvan), “Altınordu” (İzmir, Türkiyə)

Oyunlar İlham Əliyev adına olimpiya idman kompleksində keçiriləcək.

Həmin kateqoriyadan