- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 228
- Mart 26, 2026
- 0

1 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Şəki olimpiya idman kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start veriblər.
Allsport.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi U-16, Anar Sarıyev və Fərid Əmirovun məşqçiləri olduğu U-18 millilərimiz, gündə iki dəfə olmaqla müntəzəm şəkildə məşqlərini davam etdirirlər. U-16 və U-18 millilərimizin hazırlıq prosesindəki əsas məqsədləri, müvafiq olaraq 9-14 iyul Albaniyanın paytaxtı Tirana və 23-28 iyul Albaniyanın Elbasan şəhərlərində keçiriləcək Avropa çempionatı “C” divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi 15 iyuna qədər davam edəcək