Yerli hakimlər üçün növbəti seminar

Basketbol federasiyasının təşkilatçılığı ilə Zuğulba tədris idman bazasında yerli hakimlər üçün növbəti seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarın açılışı, ABF-nin idman direktoru Turqay Zeytungözün yeni mövsümlə bağlı verdiyi təlimatlardan sonra start götürüb.

18 yerli hakimin iştirak etdiyi seminarda, hakimlərimizin yeni mövsüm öncəsi hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib. Bundan əlavə, FİBA-nın təsdiq etdiyi bu seminarda, beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qayadaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah olunub.

Seminarın əsas məqsədi, yeni mövsüm öncəsi tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və Azərbaycan basketbol liqası (ABL) və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır

Həmin kateqoriyadan