Yerli komanda qələbə qazandı

2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin cənub bölgəsi üzrə zona yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, Cəlilabad olimpiya kompleksində keçirilən yarışda yerli komanda ilə yanaşı, Lənkəran, Yardımlı, Neftçala və Lerik idmançıları mübarizə aparıblar. Zona yarışı finalda Lənkəran təmsilçisini 9:8 hesabı ilə məğlub edən Cəlilabad komandasının qələbəsi ilə nəticələnib.
Turnirdə ilk iki pillədə qərarlaşan komandalar ölkə birinciliyinə qatılmaq hüququ əldə ediblər.

Həmin kateqoriyadan

azenrutr