- Baxış sayı: 281
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

AAAF parkda “Zirvə” İSC və Ağır atletika federasiyasının əsas təlim- məşq bazasının tərkibində üzgüçülük kompleksinin açılışı olub. Allsport.az saytı xəbər verir ki, yığma və klub üzvləri üçün nəzərdə tutulan hovuzun açılış rəmzi olan lentini AAAF park sakinləri olan 4 yeniyetmə Avropa çempionu və rekordçusu kəsib.
AAAF-ın vitse-prezidenti Tofiq Heydərov bildirdiyinə görə, bu il “İlhamla zirvələrə” şüarı ilə istifadəyə verilən 3-cü kompleks Allahın köməkliyi ilə idmanımızın daha yüksəlməsinə təkan verəcək:
“Bu kompleksin inşa edilməsində əməyi olan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm. İnşAllah, Lənkəran və Lerikdə daha 2 ağırlıqqaldırma zallarımızın açılışı ilə zirvəyə gedən yolun yeni təməllərini qoyacağıq”.
Qeyd edək ki, içi kosmik tərtibatda inşa edilən üzgüçülük kompleksi müasir tələblərə əsaslanıb və gözəl görünüşü, yüksək şəraiti ilə fərqlənir.