- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi komanda Tbilisidə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin 73:67 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız Tbilisidə daha bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.