- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 226
- Mart 26, 2026
- 0

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının “C” divizionuna sabah start veriləcək.
Allsport.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçiriləcək turnir iyulun 14-dək davam edəcək.
Azərbaycan millisi “A” qrupunda mübarizə aparacaq. U-16 millimizin rəqibləri Albaniya, Malta və Moldova yığmaları olacaq.
Tahir Baxşıyevin yetirmələri sabah Bakı vaxtı ilə saat 21:30-da Albaniya ilə üz-üzə gələcək. İyulun 10-da saat 16:30-da rəqib Moldova olacaq. Ertəsi gün saat 16:30-da millimiz Malta ilə qarşılaşacaq.