Yığmamızın oyunlarına 3 ölkədən hakimlər

Qızıl Avropa liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin bu həftə keçiriləcək oyunlarına təyinatlar açıqlanıb.

Allsport.az xəbər verir ki, yığmamızın matçlarında Macarıstan, Moldova və Rumıniyadan olan hakimlər ədaləti qoruyacaqlar.

Komandamız ilk oyun günündə Rumıniya ilə görüşəcək. Meydan sahibləri ilə matçın ertəsi gün rəqibimiz İsveç olacaq.

Qızıl Avropa liqası (qadınlar)
II mərhələ
24 may
17:00. Azərbaycan – Rumıniya
Hakimlər: 
Laslo Adler (Macarıstan), Andrey Taran (Moldova)
Alba Blaj. “Polivalenta”

25 may
17:00. İsveç – Azərbaycan
Hakimlər:
 Boqdan Laurentiu Stoyka (Rumıniya), Laslo Adler (Macarıstan)
Alba Blaj. “Polivalenta”

Həmin kateqoriyadan