Gənc bahadırlarımız qitələraras kubok müsadiləsində

Oktyabrın 11-dən 13-dək Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubok keçiriləcək.

Allsport.az xəbər verir ki, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi – 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (125 kq) təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

Həmin kateqoriyadan