- Baxış sayı: 46
- 06 Fevral 2026 11:37
- Baxış sayı: 138
- Fevral 06, 2026
- 0

Bu gün qadın və kişi voleybolçuların yüksək liqalarında III turdan təxirə salınmış oyunlar keçirilib.
Allsport.az xəbər verir ki, FHN-nin idman zalında “Xilasedici” və “Azərreyl”, MAA VK-nın idman zalında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. Bu oyunlarda “Xilasedici” 3:1, “Milli Aviasiya Akademiyası” isə 3:0 hesabı ilə qalib gəlib.
Oyunların nəticələri
Yüksək liqa (kişilər)
22 dekabr
III turdan təxirə düşən oyun
“Xilasedici” – “Azərreyl” 3:1 (23:25, 25:21, 25:18, 25:22)
Yüksək liqa (qadınlar)
22 dekabr
III turdan təxirə düşən oyun
“Milli Aviasiya Akademiyası” – “Abşeron” 3:0 (25:19, 25:18, 25:21)