- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, qadın voleybolçularımız 7-12 yanvarda Niderlandın Apeldorn şəhərində ilin ilk və həlledici sınağına çıxacaq. Avropa olimpiya təsnifat yarışında millimiz Tokio olimpiadasına yollanmaq üçün 1-ci yer tutmalıdır. Komandamız bunu bacaracaqmı? Allsport.az saytına açıqlamasında, libero Yuliya Kərimova hazırlıqdan bunu deyib:
“Artıq Niderlanddayıq. Hər şey qaydasındadır. Az əvvəl fitnes məşqlərimiz oldu. Bir az rezinlə dartındıq. Sabah arenada sınaq oyunumuz var, birisi gün əsas görüşlər başlayır. Hazırlığımız normal keçdi. Türkiyədə özümüzü yaxşı göstərdik.
Amma nədənsə, Polşada alınmadı. Yığmada qızların çoxu ölkə xaricində klublarda çıxış edir. Belədə, istər-istəməz təlim-məşqə gec qoşulduq. Ümid edirəm ki, layiqli mübarizə apatacağıq”.